Ən yaxşı futbol hakimləri AÇIQLANDI – SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrin ən yaxşı hakimlərinin siyahısını hazırlayıb.

Yenicag.az xəbər verir ki, 20 nəfərlik siyahıya 141 xalla almaniyalı referi Feliks Brix başçılıq edir.

İkinci sırada isə türkiyəli Cüneyt Çakır yer alıb. Çakırı liderdən cəmi 1 xal ayırıb. Türkiyəli FİFA referisinin aktivində 140 xal var.

Üçüncü sıranın sahibi isə 137 xalla ingilis Hovard Uebbdir.

Sonrakı yerləri bu referilər tutub:

Markus Merks (Almaniya) – 135

Byorn Kuypers (Niderland) – 133

Nikola Ritsoli (İtaliya) – 121

Oskar Ruis (Kolumbiya) – 104

Massimo Busakka (İsveçrə) – 96

Xorxe Luis Larrionda (Uruqvay) – 96

Luboş Miçel (Slovakiya) – 96

Pyerluici Kollina (İtaliya) – 94

Nestor Pitana (Argentina) – 88

Kim Milton Nilsen (Danimarka) – 84

Frank De Blekere (Belçika) – 82

Viktor Kaşşai (Macarıstan) – 81

Martin Atkinson (İngiltərə) – 80

Damir Skomina (Sloveniya) – 76

Manuel Enrike Qonsales (İspaniya) – 73

Anders Frisk (İsveç) – 70

Qraham Poll (İngiltərə) – 70