Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər - SİYAHI

Reklam: High Technic

UEFA 2019/2020 mövsümünün ən yaxşı futbolçu və baş məşqçisi adına namizədləri açıqlayıb. 

Yenicag.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya “Bavariya”sından Manuel Noyer ilə Robert Levandovski, İngiltərə  “Mançester Siti”sindən isə Kevin de Brüyne ən yaxşı oyunçu adına namizəddir.

“Bavariya”nın baş məşqçisi Hans Flik, “Leyptsiq”ə rəhbərlik edən Yulian Nagelsman və İngiltərə “Liverpul”undan Yurgen Klopp ən yaxşı baş məşqçi nominasiyasında iddialıdır.

Qadınlarda isə namizədlər siyahısında Lusi Bronz (Mançester Siti), Pernil Harder (Çelsi) və Vendi Renar (Lion) yer alıb.
Qadın komandaların baş məşqçiləri arasında isə Luis Kortes (Barselona), Stefan Lerş (Volfsburq) və Jan-Lük Vassor (Lion) bu ada iddia edir.
Qeyd edək ki, qaliblər oktyabrın 1-də Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.
Loading...

www.yenicag.az

244
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100