“Əqrəblərin çəkilməsi enerji sərfini 5 faiz azaldır”
İqtisadçı ekspert Vüqar Bayramov saytına deyib ki, yay və qış vaxtlarının tətbiqi iqtisadi baxımdan səmərəlidir: “Əvvəla, yay vaxtına keçəndə iş başladığı andan bitənə qədər hava işıqlı olduğundan enerjiyə qənaət edilir. Hesablamalar göstərir ki, enerji sərfi 5 faiz azalır.
Yay və qış vaxtlarının tətbiq edilməsi həm də məhsuldarlığın artmasına gətirir. İş vaxtının daha uzunmüddətli olması xidmət sektorunda çalışan müəssisələrin gəlirlərini artırır. Aqrar sektor da saat əqrəblərinin irəli çəkilməsindən udan sektor sayılır”(media forum).