Ərdoğan: “3+3” regional formatı çox vacib platformadır”

media-hightechnic-468x90

“3+3” regional formatı regionda anlaşma, Cənubi Qafqazda sülh və sabitlik üçün çox vacib platformadır. Bu il biz həmin təşəbbüsün üçüncü görüşünə evsahibliyi edəcəyik”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

O deyib ki, dünya yalnız beş gücdən ibarət deyil: “Regional əməkdaşlıq təxirəsalınmaz məsələyə çevrilib. Hazırda Türkiyə regionda problemlərin həlli yoluna məhz bu prinsip əsasında çalışır”.

Qeyd edək ki, R.T.Ərdoğanın məktubunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım oxuyub./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05