Ərdoğan Atatürkün ruhuna dualar oxudu- Foto
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının 76-cı ildönümü ilə əlaqədar Ankarada anma mərasimi keçirilib.
Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və digər rəsmi şəxslər, siyasi partiyaların rəhbərləri, Ankaradakı diplomatik korpusun, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə – Anıtqəbir ziyarət olunub, ruhuna dualar oxunub. Yerli vaxtla saat 09.05-də ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib. Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarəsi Anıtqəbirin üzərində – səmada ürək şəkli çəkib.