Ərdoğan Ər-Riyada getdi

media-hightechnic-468x90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında iştirak etmək üçün Ər-Riyada səfər edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Prezident Ərdoğanın təyyarəsi Esenboğa Hava Limanından Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüb”, – məlumatda qeyd olunub.

Yaxın Şərqdə artan gərginliyi azaltmaq məqsədilə Ərəb Liqasının ortaq təşəbbüsü ilə təşkil edilən toplantıya qatılacaq Ərdoğanın bir çox liderlə ikitərəfli görüş keçirəcəyi gözlənilir.

Ərdoğan Səudiyyə Ərəbistanı səfərindən sonra Azərbaycana gələcək və İqlim Sammitində iştirak edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600