!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: "Əsəd rejimi uzatdığımız əlin dəyərini bilmədi"

!Reklam – Yazi

“Suriya münaqişəsini dialoq vasitəsilə həll etmə çağırışlarımız köhnə rejim tərəfindən tərbiyəsizcə rədd edilmiş, ölkəmizin uzatdığı əlin dəyəri bilinməmiş, mənası başa düşülməmişdir. Əsəd arxasında 1 milyona yaxı insanın öldürüldüyü, 12 milyon insanın köçmək məcburiyyətində qaldığı, bir çox şəhəri dağılmış bir Suriya qoyaraq qaçmışdır”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısından sonra təşkil olunan mətbuat konfransında çıxışı zaman Suriyada son baş verən hadisələrdən danışarkən deyib.

Ərdoğan Türkiyədə köçkün həyatı yaşayan 2,9 milyon suriyalının ölkələrinə könüllü şəkildə dönəcəyini bildirib:

“Suriyada sabitliyə qovuçduqca, inşallah, könüllü, təhlükəsiz, şərəfli və qaydalı şəkildə qayıdışlar artacaq. Suriyalı qardaşlarımızın 13 ildir davam edən vətən həsrəti, artıq yavaş-yavaş sona çatacaq”.

www.yenicag.az

215
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv