!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan "Freedom House"a sərt cavab verdi

!Reklam – Yazi

“40 ildə 40 min vətəndaşımız öldürülüb. Hazırda Diyarbakır anaları HDP-nin qapısı önündə övladlarını gözləyir. Həmin analar uşaqları 12-13 yaşında dağa qaçırılanlardır. Haradadır bu “Freedom House”? Onların özlərini sorğulaması lazımdır”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında Türkiyədəki siyasi prosesləri tənqid edərək oradakı mətbuatın sıxışdırıldığını bildirən “Freedom House” nümayəndəsinə deyib.

“Gəlsinlər bir dəfə də Diyarbakırdakı o anaları ziyarət etsinlər. İnsanların övladlarını qaçıran HDP-çilər, PKK-çılar, YPG-çilər bunu azadlıq adınamı edirlər? Bu necə bir azadlıqdır?! “Azadlığ”ın tərifini düzgün bilməliyik. Azadlıq mənim azadlıq sahəmin sizin azadlıq sahənizə qədərdir, sizin azadlıq sahəniz isə mənim azadlıq sahəmə qədərdir”, – dövlət başçısı vurğulayıb.

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv