Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verildi

media-hightechnic-468x90

“Meydan TV” işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində təqdimatla bağlı qərar qəbul edilib.

Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.

Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında “Meydan” TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.

Mart ayında Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.

Avqust ayında isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa