Əminə GİLEYLƏNDİ: “Sevmək biznes münasibəti deyil”

media-hightechnic-468x90

“Gözəl sevmək münasibətə biznes üzərindən yanaşmamaq deməkdir”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin “Öz aramızda” verilişində deyib.

Sənətçi bu gün təmənnasız sevgilərin yoxa çıxdığından gileylənib:

“İnsanlar gözəl sevə bilmirlər. Sevməyi də gözəl bacarmaq lazımdır. Gözəl sevmək öz varlığını unudub, sevdiyinin var oluşunda yox olmaq deməkdir. Gözəl sevmək münasibətə biznes üzərindən yanaşmamaq deməkdir. Gözəl sevmək, “görəsən bu insandan daha çox nə ala bilərəm”, demək deyil. Artıq heç kimin yükünü çəkə bilmərəm. Artıq çiyinlərim övladımın yükünü son nəfəsimə qədər çəkmək üçündür. Həyatıma kim gözəllik qatacaqsa, qatsın. Yoxsa ki, lazım deyil. Bir qadına sahiblənməyi bacarın. Özünüzü unudub, onun var olduğunu daha yüksək tutmağı bacarın. Əsl təmənnasız sevgi budur. Sevgidə təmənna güdmə. Mənə qarşı daha çox təmənnalı sevgilər olub”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa