Ərdoğan müxalifət liderlərini istefaya çağırdı

media-hightechnic-468x90

dsxsTürkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan müxalifət partiyalarının liderlərini ölkədə keçiriləcək bələdiyyə seçkilərində məğlub olacaqları halda istefa verməyə çağırıb.

Ərdoğan bunu bu gün Türkiyənin telekanallarından birinə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, partiya liderlərinin istefa vermələri Türkiyə üçün adət edilmiş hadisə olmalıdır.

Baş nazir onu da qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası martın 30-da keçiriləcək bələdiyyə seçkilərində qalib gələcək.

Bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində hakim partiyanın qalib gəlməyəcəyi təqdirdə siyasətdən getməyə hazır olduğunu bildirib: “Tam açıq şəkildə söyləyirəm, seçkilərdə qalib gəlməsək, siyasətdən getməyə hazıram”.

trend

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600