Ərdoğan növbəti dəfə İsraili qınadı

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Sumud Flotillasına hücumuna sərt reaksiya verib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ankarada AK Partiya Konqres Mərkəzində keçirilən iclasda danışıb.

“Sumud basqını Qəzzada vəhşiliyi törədənlərin üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Humanitar yardım gətirmək və Qəzzada uşaqların açıq şəkildə öldüyü vəhşiliyə diqqət çəkmək üçün yola çıxan Qlobal Sumud Donanmasını hədəf alan quldurluğu qınayıram. İsrail hökumətinin beynəlxalq sularda dinc əhaliyə hücumu soyqırımdır”, – deyə reaksiya verib.

Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 15 gəmisini ələ keçirib. Nəticədə 201 fəal saxlanılıb.  Onlardan 25-i Türkiyə vətəndaşıdır. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa