Ərdoğan Orbanla ABŞ-da görüşdü

media-hightechnic-468x90

Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, liderlər ölkələr arasında ikitərəfli münasibətləri, Türkiyənin AB-yə daxil olma imkanlarını, həmçinin regional və qlobal problemləri müzakirə ediblər.

Görüş zamanı Prezident Ərdoğan bildirib ki, Türkiyə tərəfi Rusiya-Ukrayna müharibəsinə və İsrailin Qəzza zolağına hücumlarına son qoymaq üçün sülh səylərini davam etdirir.

Türkiyə lideri onu da qeyd edib ki, Ankara Macarıstanın sədrliyi dövründə Türkiyənin AB-yə daxil olması prosesinin intensivləşdirilməsinə və AB ilə əlaqələrin inkişafına dəstək ümid edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05