Ərdoğan ortaq Türk əlifbasının yaradılmasını təklif etdi

media-hightechnic-468x90

Ortaq əlifbaya sahib olmaq çox vacibdir.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) 10 illik yubiley sammitində çıxışı zamanı deyib.

Türkiyə lideri qeyd edib ki, dil məsələsi birlik üçün çox vacibdir: “Bu məsələdə Prezidentlərin dəstəyi də çox önəmlidir. Burada bizim Ali Təhsil Şurası katibliyə xüsusi tövsiyələr verdi. Ümid edirik ki, onlar qiymətləndiriləcək. Bizim vəzifəmiz birlikdə işləməkdir. Kipr türkləri türk ölkələrinin ayrılmaz hissəsidir. Düşünürük ki, Şimali Kipr Türk Cümhuriyyətini növbəti sammitdə müşahidəçi qismində görəcəyik”.

Ərdoğan bildirib ki, müşahidəçi ölkəni – Türkmənistanı üzv kimi görmək istəyir./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa