Sülhə sayılı günlər: ABŞ və İran arasında "etimadsızlıq" divarı aşılacaqmı?

media-hightechnic-468x90

 

media-banner_tkm

“Bu müqavilə ABŞ və İran arasında imzalanan ilk müqavilə deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib.

Politoloq ABŞ-İran müqaviləsini və post-müharibə dövründə tərəflər arasında baş verəcəkləri analiz edib:

“İran və ABŞ arasında sülh müqaviləsinin imzalanmasına sayılı günlər qalıb. Regionda çox ciddi hadisələr baş verməsə, Tehran və Vaşinqton arasında müqavilə imzalanacaq. Məsələ ondan ibarətdir ki, ən pis sülh belə müharibədən yaxşıdır. Vaşinqton və Tehran arasında bu müqavilənin imzalanması regiona öz töhfəsini verəcək. Tərəflərin müqavilə imzalamasına rəğmən, bir-birinə qarşı güvənsizlik hissi davam edir. Bu isə bundan sonrakı mərhələdə də tərəflərin bir-birinə qarşı daima şübhə ilə yanaşacağı anlamına gəlir. Nəzərə alsaq ki, İsrail müqaviləyə qarşı çıxır, ən azından İsrail və İran arasında Yaxın Şərq regionunda problemlər davam edəcək. Problemlərin davam etməsi fonunda qarşı-qarşıya gəlməsələr də, proksi qüvvələrin toqquşması davam edə bilər. Bu, müqavilənin gələcəyini təhlükə altına alacaq. İndiki real vəziyyətə baxdıqda, Vaşinqtonun sülh barədə qərarlı olduğunu görürük”.

K.Kazımov iki ölkə arasında keçmişdə də bir sıra müqavilələrin imzalandığına diqqət çəkib:

“İran və ABŞ arasında bu, ilk müqavilə deyil. Barak Obama dövründə də müqavilə imzalanmışdı. Vaşinqtonun əsas hədəfi ondan ibarətdir ki, Tehran heç bir halda nüvə silahına sahib olmasın. Nüvə silahına sahib olmayan İran ABŞ üçün daha təhlükəsiz sayılır. İran isə bir daha Amerikanın hücumu ilə qarşı-qarşıya qalmaq istəmir. Digər tərəfdən, İran iqtisadiyyatı son dövrlərdə ciddi durğunluq yaşayırdı. Sanksiyaların aradan qaldırılması və dondurulmuş xarici bank hesablarının açılmasına ehtiyacı var. İranın sənayesi, kənd təsərrüfatı və müharibə dövründə dağıdılmış infrastrukturu üçün çox ciddi maddi qaynaqlara ehtiyacı var. Ona görə də bir müddət Tehran çalışacaq ki, müqavilə davam etsin, neft satışı və infrastruktur layihələri ilə iqtisadi problemlərini ortadan qaldırsın”.

Politoloq ABŞ-İran arasında bundan sonrakı mərhələdə nələrin gözlənildiyini də izah edib:

“İlk növbədə, İranın proksi siyasəti müəyyən dərəcədə dəyişməlidir. Əgər bu siyasət dəyişməsə, İran-İsrail münaqişəsi davam edəcək. Xüsusilə Qəzza fonunda və Hizbullaha yönəlik İsrailin yeni hücumları olarsa, İran yenə müdaxilə edəcək. Vaşinqton isə bir müddət münaqişəyə girmək istəməyəcək, Trampdan sonrakı dövrdə belə. Əgər son müqavilə 11 il əvvəl imzalanmışdısa, yeni bir müqavilə ən az bu qədər vaxt ala bilər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05