Tramp Putinlə bağlı suala cavab vermək istəmədi
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə yaxşı danışıqlar apardığını bildirib.
Yenicag.az xəbər verir ki, Tramp bu barədə Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərlə söhbətində bildirib.
Tramp Putinin Ukrayna münaqişəsinə daha çox məsuliyyət daşıyıb-daşımadığı barədə fikir bildirmək istəməyib:
“Yaxşı, mən bu barədə şərh vermək istəmirəm, çünki mən bunu həll etməyə çalışıram və bu, işi asanlaşdırmır”.













