“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib - Fotolar

media-hightechnic-468x90

Ölkəmizin milli-mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” bu dəfə milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan “Milli Xalq Oyunları” Festivalının təşkil edilməsinə dəstək verib.

media-banner_tuq

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihədə qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç-çöl, həmçinin bənövşə, gözbağlıcı, qodu-qodu, əl üstə kimi oyunları, milli rəqs master-klassı və digər idman oyunları keçirilib. Gənc rəssamlar 3 fərqli rəsm guşəsində öz rəsmlərini nümayiş etdiriblər.

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsində məqsəd təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək, bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmağa nail olmaq məqsədi ilə keçirilən layihədə Bakı, Ağdam, Xankəndi və Mingəçevir şəhərlərinin hər birindən 2 məktəb iştirak edib.

Qeyd edək ki, mütəmadi olaraq Korporativ Sosial Məsuliyyət layihələr həyata keçirən “Azərsun Holdinq” 2026-cı il ərzində Azərbaycan dilinə dəstək istiqamətini prioritet elan edib və bu istiqamətdə müxtəlif müsabiqə və layihələr reallaşdırır.

 





 
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05