Ərdoğan: “Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir”
“İndi Qarabağda böyük inkişaf var və bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyinin göstəricisidir”.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan səfərdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir:
“Biz “Türkiyə sona qədər Azərbaycanın yanındadır” dedik və sözümüzün üstündə durduq”./Report/












