Ərdoğan: “Terrorsuz Türkiyə hədəfimizə mütləq çatacağıq”

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Terrorsuz Türkiyə” hədəfinə çatması üçün qətiyyətlə addımlar atılır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabineti toplantısından sonra keçirilən mətbuat konfransında danışıb.

“Ötən həftə bu istiqamətdə mühüm bir addım atıldı. Terror bəlasından birdəfəlik xilas olmaq üçün fürsət pəncərəsi açıldı. Milli Həmrəylik və Qardaşlıq Komissiyası son dərəcə qiymətli bir təşəbbüsdür. Komissiyanın ilk iki iclasında qərarların yekdilliklə qəbul olunması, Terrorsuz Türkiyə üçün ümidverici oldu”, – deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, 86 milyon vətəndaşın təhlükəsizliyi və gələcəyini maraqlandıran bu məsələnin həllində hər kəsin dəstəyi vacibdir:

“Biz birlikdə qanı dayandırmaq, göz yaşını silmək istəyirik. Türkiyə Böyük Millət Məclisindəki komissiyanın işlərinə hər cür dəstək veririk”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05