Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan: "Toplumdakı yaraların səbəbkarı sosial mediadır"

Reklam: Sinerji Pro

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərsin şəhərində gənclərlə bir araya gəlib.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan gənclərlə səmimi söhbət edib, təhsil sahəsində görülən işlərdən bəhs edib.

Görüşdə sosial mediadan danışan Ərdoğan cəmiyyətdəki problemlərin sosial şəbəkələrdən qaynaqlandığını bildirib:

“Sosial media bu gün toplumumuzun ən önəmli təhrik vasitəsidir. Və bu an toplumda ciddi mənada yaralarımız varsa, bunun arxasında sosial media var.

Qazandırdığı çox deyil, ancaq bizdən apardığı çox ağırdır. Bu baxımdan, mən deyirəm ki, biz dərslərimizə çox çalışmalıyıq. Bu sosial media bəlasından mümkün qədər uzaq duraq”.

www.yenicag.az

230
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100