Ərdoğan türkiyəli güləşçinin çıxışını təyyarədə telefonla izlədi

media-hightechnic-468x90

93139Türkiyə prezidenti finala təyyarədə baxmağa məcbur olub

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Avropa Oyunlarını mobil telefon vasitəsi ilə izləməsinin görüntüsü yayılıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, o, 130 kq çəki dərəcəsində türkiyəli yunan-Roma güləşçisi Rza Kayaalpın çıxışını mobil telefonu vasitəsi ilə izləyib.

Türkiyə mətbuatının yazdığına görə, Ərdoğan İstanbuldan Ankaraya getməzdən öncə təyyarədə Avropa və dünya çempionu olan R. Kayaalpın finaldakı çıxışına mobil telefonu vasitəsilə baxmağa məcbur olub.

Qeyd edək ki, Türkiyə komandası Bakı-2015 I Avropa Oyunlarında ümumi hesabda 3-cü pillədə qərarlaşıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600