Ərdoğan: “Yalandır! “

media-hightechnic-468x90

a10a590789424ac32e92c7710b21d283Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrinin təzyiqi ilə Qətərdən çıxarılması gözlənilən “Müsəlman qardaşları” liderlərinin Türkiyədə sığınacaq tapa biləcəyini istisna etməyib.

media-banner_tuq

Ərdoğan qeyd edib ki, müraciət olsa, baxıldıqdan sonra qərar veriləcək.

“Həmin adamlarla bağlı problemin olub-olmadığı araşdırılmalıdır. Əgər hər hansı problem yoxdursa, bütün əcnəbilər Türkiyədə necə qonaq olurlarsa, onlar da gələ bilərlər”, – deyə o qeyd edib.

Prezident həmçinin Türkiyənin “İslam dövləti”ndən neft alması barədə məlumatları şərh edib: “Belə bir şey ola bilməz. Yalandır. Əgər kimsə qeyri-leqal yolla İŞİD-dən neft alıbsa, biz bunu istisna etmirik. Lakin dövlətin onlarla heç bir əməkdaşlığı yoxdur”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05