Ərdoğandan Atatürk jesti-Video

media-hightechnic-468x90

75028 (1)Bu gün Türkiyə, Cümhuriyyətinin qurucusu olmuş Mustafa Kamal Atatürkün vəfatının 76-cı ildönümü keçirildi.

Bütün Türkiyə ərazisində təntənəli keçirilən bu tədbirlərdə Rəcəb Tayyib Ərdoğanın Atatürk barədə dedikləri diqqət çəkib. O, Atatürk üçün çox xoş sözlər deyib. Baxmayaraq ki, Türkiyə cəmiyyətində Ərdoğanı Atatürk ənənələrinin tanımayan siyasətçi kimi tanıyırlar.

Düz 76 ildir ki, türklər bu günü böyük çoşqu ilə yaşayırlar. Onlar bu günə Atatürkü anma günü deyirlər. Çünki, Türkiyə Cumhüriyyətinin qurucusu olan Mustafa Kamal Atatürk 1938-ci ilin məhz bu günü vəfat edib. Saat 09:05-də İstanbuldakı Dolmabaxça sarayında tutulduğu sirroz xəstəliyindən dünyasını dəyişən Cumhuriyyət lideri öncə Ankaradakı Etnoqrafiya Muzeyində dəfn edilib. Ölümündən 15 il sonra isə Atatürkün qəbri onun şərəfinə tikilmiş Anıt qəbrstanlığına köçürülüb.

Türkiyədə artıq bir ənənə halını almış bu anım tədbirləri həm də hökumətin güzgüsü kimi dünyaya tanınır. Nə qədər fərqli düşüncələrdə olmasına baxmayaraq bütün siyasi partiya liderləri Atatürk adına çiyin-çiyinə gəlməli olurlar. Bu gün də həmin mənzərə var idi. Anıt qəbirstanlığındakı mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və müxalifət lideri Kamal Kılıçdaroğlu da daxil olmaqla digər siyasilər gəlmişdi. Burada diqqət çəkən məqam isə o idi ki, Rəcəb Tayyib Ərdoğanı Türkiyə cəmiyyəti daha çox Atatürk ənənələrinə sadiq olmayan biri kimi tanıyır. Ərdoğanın prezident postunda Atatürk haqqında dediyi xoş sözlər hər kəsi təəcübləndirib.

Ərdoğanın çıxışdan sonra Anıt Qəbrə yaxınlaşarkən hərbiçilərin Mustafa Kamalın əsgərləriyiz deməsi də kameraların diqqətində olub.

Sıradakı hərbçilər nə qədər qəribə olsalar da bu yolla Ərdoğana etirazlarını bildirblər. Ərdoğan isə prezident təmkinini qoruyaraq sakitcə yoluna davam edib.

Atatürkün xatirəsi bütün ölkə ərazisində yad edilib.(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600