Ərdoğanın 24 il öncəki “Tamam” videosu üzə çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rifah partiyasından bələdiyyə sədrliyinə namizəd olduğu 1994-cü ilə aid video üzə çıxıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidentinin açıqlaması sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardan birinə olub. Ərdoğanın “Bizi İstanbul Böyük şəhər bələdiyyəsinin sədrliyinə də, AKP rəhbərliyinə də, baş nazirliyə də, prezidentliyə də millətimiz gətirib. Onlar “Tamam” desə, kənara çəkilərik” sözlərinə cavab olaraq çoxlu sayda tvit atılıb.

Bu tvitlər arasında ən diqqət çəkəni isə Erkin Korayın 1994-cü ildə “Fesupanallah” mahnısını “Tamam İnşallah” olaraq dəyişdirdiyi ifa olub.

Belə ki, Ərdoğanın zəfər qazandığı 1994-cü il bələdiyyə seçkilərində “Tamam İnşallah” seçki klipi ilə seçici önünə çıxdığı bəlli olub.

Həmin videonu təqdim edirik:

COP29