!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğanın İsrailə səfər edəcəyinə dair xəbərlərin yayılması onu göstərir ki...” – ŞƏRH

!Reklam – Yazi

“Səfər baş tutarsa, Türkiyə və İsrail liderlərinin gündəmi ikitərəfli münasibətlərin müzakirəsi ilə məhdudlaşmayacaq”.

Bu fikirləri bir sıra nüfuzlu xarici media orqanlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın müddətdə İsrailə səfərinin planlaşdırılmasına dair yayılan məlumatı şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Türkiyə liderinin İsrailə səfərinin nəzərdə tutulması iki ölkə arasında münasibətlərin yeni mərhələsi haqda danışmağa əsas verir:

“Bildiyiniz ki, 2010-cu ildə baş verən “Mavi Mərmərə” olayından sonra Türkiyə ilə İsrail arasında münasibətlər son dərəcə kəskinləşmişdi və nəticədə vaxtilə sıx əlaqələrə malik olan bu iki ölkə qarşı-qarşıya gəlmişdi.

Münasibətlərin pisləşməsi ötən dövrlərdə regionda bir-birinə ən yaxın dövlətlər sayılan Türkiyə ilə İsrailin bütün sahələri əhatə edən uzunmüddətli əməkdaşlığını geniş mənada aradan qaldıraraq bu ölkələrin özlərinə də müəyyən çətinliklər yaratmışdı.

Ancaq bütün böhranların sonu olduğu kimi, Türkiyə-İsrail gərginliyi də zaman-zaman səngidi və münasibətlərin bərpası üçün əlverişli zəmin, nəhayət, yetişdi. Burada, əlbəttə ki, tərəflərin, xüsusilə də İsrailin geri addım atmasının böyük təsiri oldu.

İsrailin “Mavi Mərmərə” gülləbaranına görə üzr istəməsi, zərərçəkənlərə təzminat vədi “buz”ların əriməsini şərtləndirdi. İsrail Prezidentinin bu ilin martında Türkiyəyə səfəri isə artıq tərəflərin normallaşma yönündə əsas əngəlləri aşdıqlarının göstəricisi hesab olundu.

Ona görə də Türkiyə Prezidentinin İsrailə səfərə hazırlaşmasına dair məlumatın açıqlanması bu ölkələrin münasibətləri əvvəlki səviyyəyə qaytarmaq niyyətinin ciddiliyini göstərir. Təbii ki, səfər baş tutarsa, Türkiyə və İsrail liderlərinin gündəmi ikitərəfli münasibətlərin müzakirəsi ilə məhdudlaşmayacaq”.

A.Zeynalov

www.yenicag.az

743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv