!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanla bağlı sual Türk düşməni olan siyasətçini “susdurdu”

!Reklam – Yazi

Hollandiyada keçiriləcək seçkilərdə türk düşmənçiliyi üzərindən səs qazanmağa çalışan irqçi siyasi lider Geert Vilders çətin vəziyyətə düşdü.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Hollandiyanın ifrat sağçı Azadlıqlar Partiyasının sədri Geert Vilders Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qatılacağı kütləvi aksiyanın təşkilinə etirazını bildirib.

Məlumata görə, Vilders Türkiyənin Haaqadakı səfirliyi qarşısında “Uzaq dur, bura bizim ölkəmizdir” yazılmış plakat asdırıb. Partiya lideri bu mövqeyini belə “əsaslandırıb”:

“Türk nazirlərin Hollandiyaya gələrək belə bir rejim üçün lobbiçilik etmələrinə imkan verməyəcəyik”.
Bu arada Böyük Britaniyanın nüfuzlu “Times” qəzeti Hollandiyanın ifrat sağçı Azadlıqlar Partiyasının lideri Vildersin seçkilər ərəfəsində azalan reytinqini artırmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid etdiyini və Türk nazirlərin bu ölkədə təbliğat aparmalarını istəmədiyini yazıb. Qeyd olunur ki, Hollandiyada bu gün keçiriləcək parlamet seçkilərində Vildersin partiyasının hakim koalisiyadan 3 faiz az səs toplayacağı gözlənilir.
Qəzetin müxbiri Bruno Uoterfild ötən gün Türkiyə Səfirliyi qarşısında aksiya təşkil edən Vildersə verdiyi “Məscidlərin və Quranın qadağan edilməsinə çağırdığınız halda, Ərdoğanı necə diktator adlandıra bilirsiniz?” sualı siyasətçini çaşqın vəziyyətə salıb. Suala birbaşa cavab verə bilməyən Vilders “Məsələ barədə danışmaq üçün gəlmədim” deməklə kifayətlənməli olub.

Yeniçağ.Az

 

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv