Ərdoğanla Əliyevdən tarixi 24 aprel qərarı

media-hightechnic-468x90

yenicag.az_erdogan_aliyev2Türkiyə prezidenti Ərdoğanla, dövlət başçımız İlham Əliyev prezidetin sarayında mətbuata açıqlama veriblər. Yenicag.az xəbər verir ki, Ərdoğan bu il 24 aprel tarixində Çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı beynəlxalq dövlətlər zirvəsi keçiriləcəyini bildirib.  Azərbaycan Prezidenti İham Əliyev də həmin zirvədə iştirak edəcək.

Ərdoğan eyni zamanda qeyd edib ki,: “Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyimiz daimidir. TANAP layihəsinin həyata keçirilməsində də qərarlıyıq. Bu hər iki ölkənin strateji maraqlarını ifadə edir. Qarabağ məsələsində Türkiyə Azərbaycanı hər zaman dəstəkləyir. Türkiyə-Azərbaycan birliyi önəmlidir”.

Azərbaycan Prezidenti isə Çanaqqala Zirvəsinin tarixinə diqqət çəkərək, “24 apreldə bu Zirvənin keçirilməsi çox önəmli və müdrik addımdır” deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600