TRT Rus FETÖ dosyesini açdı: Aqil Ələsgər sənədli filmin eksperti oldu

media-hightechnic-468x90

 

media-banner_tkm

TRT World-ün rusdilli platforması TRT Rus FETÖ terror təşkilatının fəaliyyətinə həsr olunmuş geniş sənədli film yayımlayıb. Sənədli filmdə FETÖ-nün xüsusilə postsovet məkanında formalaşdırdığı şəbəkələr, fəaliyyət modeli və ideoloji təsir mexanizmləri ətraflı araşdırılıb.

Filmin əsas ekspertlərindən biri FETÖ mövzusunda uzun illər araşdırmalar aparan, “Terrorun gülən üzü” və “Sessiz işğal” kitablarının müəllifi, Azərbaycan Yeni Çağ Media Qrupunun prezidenti Aqil Ələsgər olub.

Aqil Ələsgər çıxışında FETÖ-nün ideoloji əsaslarını, təşkilatlanma modelini, müxtəlif ölkələrdə tətbiq etdiyi fəaliyyət üsullarını və uzun illər ərzində Qafqaz, Mərkəzi Asiya və Rusiyada qurduğu təsir şəbəkələrini təhlil edib. O, təşkilatın müxtəlif dövrlərdə istifadə etdiyi strategiyalar, cəmiyyətə nüfuz mexanizmləri və regional təhlükəsizlik baxımından yaratdığı risklər barədə fikirlərini bölüşüb.

Sənədli filmdə həmçinin FETÖ-nün beynəlxalq fəaliyyəti, müxtəlif ölkələrdə qurduğu strukturlar və onların fəaliyyət prinsipləri faktlar və ekspert rəyləri əsasında təqdim olunub.

TRT Rusun hazırladığı bu sənədli film rusdilli auditoriyaya FETÖ-nün fəaliyyəti barədə daha dolğun təsəvvür formalaşdırmağı hədəfləyir. Layihədə Aqil Ələsgərin əsas ekspert qismində yer alması onun bu mövzuda uzun illər apardığı araşdırmaların beynəlxalq media tərəfindən etibarlı mənbə kimi dəyərləndirildiyini göstərir.

Qeyd edək ki, Aqil Ələsgər FETÖ ilə bağlı araşdırmalarını “Terrorun gülən üzü” və “Sessiz işğal” kitablarında sistemli şəkildə təqdim edib. Hər iki əsərdə təşkilatın ideologiyası, fəaliyyət modeli və müxtəlif ölkələrdəki şəbəkələri geniş şəkildə təhlil olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05