Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər terrorla mübarizə, Camal Qaşıqçı məsələsi və Suriyada son proseslər barədə fikir mübadiləsi aparıblar.
Hər iki ölkə başçısı telefon söhbəti zamanı jurnalist ilə bağlı hadisəyə aydınlıq gətirilməsinin zəruri olması fikri ilə razılaşıblar.
Prezidentlər həmçinin keşiş Endryu Bransonun azad olunması məsələsinə də toxunublar.
Rəcəb Tayyib Ərdoğanla Donald Tramp Menbiç məsələsində yol xəritəsinin həyata keçirilməsinin vacibliyinə işarə edərək İdlib razılaşmasının əhəmiyyətini vurğulayıblar.
İki lider həmçinin Camal Qaşıqçı olayına aydınlıq gətirilməsi üçün anlaşıblar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi məlum olub.