Ərinin etdiyi zarafat ona baha başa gəldi

media-hightechnic-468x90

90893Türkiyənin Nevşehir şəhərində ərin həyat yoldaşına etdiyi zarafat acı sonluqla başa çatıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, mətbəxdə yemək hazırlayan arvadına arxadan yaxınlaşaraq zarafat etmək istəyən ər bir anda qorxuya düşən həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Belə ki, Abdil Ş. mətbəxdə yemək hazırlayan yoldaşına arxadan yaxınlaşıb. Qəfildən səslənərək zarafat etmək istəyib. Bu an Selda Ş. bir anlıq qorxuya düşərək əlindəki bıçaqla ərini bıçaqlayıb.

Qarınından aldığı bıçaq zərbəsi ilə yüngül yaralanan Abdil Ş. təcili yardımla Nevşehir Dövlət Xəstəxanasına aparılıb. İlkin yardımdan sonra o evə buraxılıb.

Selda polisdə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600