Ərlə arvadı sobada yandırdılar-Fotolar

media-hightechnic-468x90

307116_900Pakistanda 2 xristian Qurani-Kərimə sayğısızlıqda suçlanaraq vəhşicəsinə qətlə yetirilib.
Ərlə arvadı kərpic bişirilən sobada yandırıblar.

Olay Pakistanın şərqindəki Lahor vilayətində, Lahor şəhərindən 60 km cənub-qərbdəki Kot Radha Kişan şəhərinin yaxınlığındakı kiçik Çak 59 kəndində yaşanıb.

27 yaşlı Şəhzad Məsihlə onun arvadı, hamiləliyin 4-cü ayında olan 24 yaşlı Şama Bibini amansızlıqla döyən kütlə bu binəvaları kərpic bişirilən sobaya ataraq diri-diri yandırıb.

Xristian olan Şəhzadla Şama Quranın 5 səhifəsini cırıb yandırmaqda suçlanıblar.
“Quranı yandırdılar!” qışqırıqları 1500 nəfərlik kütlədə uğultu kimi təkrarlanırdı. Kəndin mərkəzindəki meydana yığışan kütlə ərlə arvadın edamına qərar verib.

Polis hadisə yerinə çatanda sobada xristian ərlə arvadın sümükləri və ayaqqabılarının yanmış qalıqlarını görüb.
Polisdən verilən məlumata görə, kəndin yaxınlığındakı kərpic zavodunda işləyən ərlə arvadı iki sutka zirzəmidə saxlayandan sonra öldürüblər.

Xristian vəkil Sərdar Müştaq Gilin dediyinə görə, Şəhzad Məsihin atası bu yaxınlarda vəfat edib: “Onun arvadı Şama mərhum qaynatasının evində yır-yığış edəndə gərəksiz saydığı kağızları yandırıb. Sən demə, həmin kağızlar arasında Quran səhifələri də varmış. Bunu kənd sakinlərindən biri görüb, az sonra xəbər kəndə ildırım sürətilə yayılıb. Bir saat sonra isə 100 kəndli Şəhzadla Şamanın əl-qolunu bağlayaraq zavodun anbarına aparıblar, zirzəmiyə atıblar”.

Pakistanın Pəncab ştatının polisi olayla bağlı şübhəli qismində 44 nəfəri saxlayıb.(milli)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600