Erməni mayor mina partlayışında öldü

media-hightechnic-468x90

Ermənistan ordusunun N saylı hərbi hissəsinin mayoru Saribek Qurqenoviç Yeqoyan minaya düşərək ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, o, 12 oktyabr saat 18:30-da mina partlayışının qurbanı olub.

Ermənistan MN mayorun hansı ərazidə, hansı şəraitdə minaya düşdüyünü açıqlamayıb.

Qeyd edək ki, Ermənistan ordusu əsasən Azərbaycanla sərhədi, xüsusilə Azərbaycan ərazilərini hazırda da qəsdli şəkildə, təxribat törədərək minalamaqla məşğul olur. Ona görə də öz əsgərlərinin minaya düşdükləri yeri açıqlamır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600