!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni ombudsman Göbbels rolunda: Yalanına məxfilik donu geyindirir.... - ANALİZ

!Reklam – Yazi

Ombudsman deyəndə ilk olaraq adətən insan haqlarını müdafiə edən, məmur və vətəndaş münasibətlərində sonuncunun hüquqlarının müdafiəsində dayanan vəzifəli şəxs yada düşür.

Ermənistanın bir ombudsmanı var – Arman Tatoyan. Tatoyan Ermənistan vətəndaşlarının hüquqlarının məmurlar tərəfindən pozulmasını tamam unudub, yalnız Azərbaycana qarşı Göbbelsvari ideoloji təxribatla məşğuldur. Onun fəaliyyətindəki bizə qarşı düşmənçiliyi anlaşılandı, amma bəzən bütün hədləri aşması hətta ermənilərin özlərini də təəccübləndirir və bu şəxsin psixolji problemləri olması barədə erməni KİV-ləri də eyham vururlar. Yəqin elə ona görə də, Ermənistan rəhbərliyini, hakimiyyət nümayəndələrini bezdirib və fevral ayında müddəti bitdiyi üçün artıq yerinə namizəd də elan olunub.

O bütün fəaliyyətinin leytmotivini bu cür izah edir: “Azərbaycanın beynəlxalq səviyyədə üstünlük qazanmasına yol vermək olmaz”. Məlum çeynənmiş “hərbi əsirlər”mövzusunu Qərb ölkələrinə səfəri zamanı müxtəlif səviyyələrdə qaldırmağının əsas məqsədi də əsirlərin azad olunması yox, Azərbaycanı nüfuzdan salmaq olub. Bugünkü açıqlaması isə lap gülüncdür. Tatoyan deyir ki, Azərbaycanda erməni hərbi əsirləri guya dinindən dönməyə məcbur ediblər. Dinin həssas məsələ olduğunu və bununla da guya Azərbaycanı beynəlxalq qınağa gətirəcəyini fikirləşən erməni ombudsman bir dənə də olsun fakt ortaya qoya bilmir. Bu məqamın ona irad tutulacağını, həm də ermənilərin özlərinin fakt tələb edəcəyini bəri başdan bildiyindən yalanına məxfilik donu geyindirir və erməni mətbuatı da bu yalanı belə təqdim edir: “O, həm də bu materialı təkzib etmək istəyənlərə müraciət edib. Ombudsman qeyd edib ki, baş verənlərlə bağlı onun əlində kifayət qədər sanballı, obyektiv sübutlar var və konkret şəxsləri zərbə altına atmamaq üçün bunları dərc etmir”. Sual yaranır. Azərbaycanda saxlanılan və təhvil verilən əsirlərə hər hansı bir təzyiq, işgəncə verilibsə, indiyədək nədən bu adamların biri mətbuata çıxıb deməyib ki, mənə dini mənsubiyyətimə görə və ümumiyyətlə, təzyiqlər edilib? Əgər erməni əsir Azərbaycanda təzyiq görübsə və bunu açıqlayırsa, bu açıqlama onları Ermənistanda, Tatoyanın dediyi kimi, niyə “təhlükəyə atır?” Təhlükəni Tatoyan özü hiss edir və yalanını “etik səbəblər”, “zərbə altına salmamaq” kimi bəhanələrlə sığortalamaq istəyir.

Etiraf edək ki, erməni yalanları, “əzabkeş millət” obrazı yaratmaq cəhdləri əsrlərdir ki, davam edir və müəyyən mənada hədəflərinə də çatıblar. Düşmənin törətdiklərinin çox vaxt təsiredici şəkildə təkzibinə nail olmamağımız, onların yalanlarını dünya miqyasında ifşa edə bilməməyimiz bu yalanların yayılmasının səbəbləridir. Biz müharibədə qalib gəlmişik, təbliğat işi isə bitməyib və heç bitməyəcək də. Ona görə də, bütün imkanlarımızdan istifadə edərək beynəlxalq səviyyədə erməni yalanlarını ifşa etmək müvafiq strukturların vacib fəaliyyət istiqaməti olmalıdır, xüsusilə Diaspora Komitəsi və Azərbaycan ombudsman aparatı bu işin önündə getməlidirlər.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv