Erməni təxribatının qarşısını alarkən yaralanan əsgərlə bağlı YENİ XƏBƏR - FOTO

media-hightechnic-468x90

İyulun 31-də Azərbaycan-Ermənistan dövlət sər­hə­din­də təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qul­luqçu üzərində avqust ayının 1-də aparıl­an cərrahiyyə əmə­liy­yatı uğurla başa çatıb.

Bu barədə Yenicag.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd edilir ki, hazırda onun vəziyyəti qənaətbəxşdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunla­rının Ko­mandanı general-leytenant Əsgər Xəlilov hərbi qul­luqçuya baş çəkib, cər­rahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə ya­xından tanış olub.

General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun vali­deyn­­ləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətən­pərvərlik və düş­mə­nə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəh­bərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görülə­cəyinə onları əmin edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600