"Erməni vandalizmi: işğaldan öncə və sonra" fotolarda - Layihənin icrasına başlanıldı

media-hightechnic-468x90

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsinin icrasına başlanılıb.

media-banner_tkm

Layihənin əsas ideyası torpağlarımızın işğaldan azad eildikdən sonra qarşılaşdığımız acı mənzərəni, yerlə yeksan edilmiş tarixi və mədəni abidələrimiz, mülki və ictimai mülkiyyətin dağıdılması və talan edilməsi ilə bağlı faktları – “erməni vandalizmi: işğaldan öncə və sonra” adlı foto-sərgi ilə dünyaya çatdırmaqdır. İdeyanın reallaşdırılması üçün Estoniya və Macarıstanda mövcud Azərbaycan evlərində erməni vandalizmi: işğaldan öncə və sonra” adlı fotosərginin təşkili nəzərdə tutulur. Foto-sərgi təxminən 1 ay müddətində Azərbaycan evlərində sərgilənəcək.

Layihə çərçivəsində həmçinin erməni vandalizminə dair fotofaktları özündə əks etdirəcək yeni saytın yaradılması da nəzərdə tutulub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05