!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni YALANLARINA SON: “Azərbaycan sübut etdi ki...” - POLİTOLOQ

!Reklam – Yazi

“Azərbaycan bir daha ermənilərin saxtakarlığını beynəlxalq miqyasda sübut etdi”.

Bunu Xankəndiyə göndərilən humanitar yardımın Azərbaycanın növbəti uğurlu addımı olması ilə bağlı fikirlərini səsləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanın Xankəndidəki ermənilərə humanitar yardım göndərməsi normal haldır:

“Çünki Qarabağ beynəlxalq miqyasda Azərbaycan əraziləri kimi tanınıb. Ermənistan baş naziri Nikol Paşinyan belə öz dili ilə Qarabağın Azərbaycana aid olduğunu təsdiq edib. Belə olan halda isə orada yaşayan erməni əhali Azərbaycan vətəndaşı sayılır. Azərbaycan isə hər bir vətəndaşının təhlükəsizliyini təmin edir. Bu səbəbdən də onlara humanitar yardım göndərilməsini normal qəbul etmək lazımdır.

Atılan bu addım həm də separatçıların “Xankəndi blokadadır, camaat acından ölür” kimi dezinformasiyaları alt-üst etdi. Azərbaycan bir daha ermənilərin saxtakarlığını beynəlxalq miqyasda sübut etdi. Hər şeyin tam həll olunması üçün müəyyən müddət lazımdır. Bir müddət sonra Qarabağda yaşayan ermənilərin hər biri atacağları addımın yalnız Azərbaycanla məsləhətləşdirilməli olduğunu anlayacaq. Problem onların həm fiziki, həm də humanitar təhlükəsizliyidirsə, Azərbaycan hər zaman layiqincə üzərinə götürdüyü hər bir öhdəliyi yerinə yetirəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

851
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv