Ermənilər “Dağlıq Qarabağ xalqı” kimi təqdim edildi

media-hightechnic-468x90

.lklkErmənistanın xarici işlər naziri Edvard Nalbandyan martın 6-da Cenevrədə BMT İnsan Hüquqları Şurasının debatlarında Azərbaycanın əleyhinə çıxış edib. O deyib ki, Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində nifrət və müharibə təbliğatı aparılır, bu da vəziyyətin kəskinləşməsinə və insan itkilərinə gətirib çıxarır.

“Media forum” saytı “Armtoday.info” ya istinadla xəbər verir ki, Nalbandyan bunları əlavə edib: “Biz tez-tez insan haqlarının universallığı haqda danışırıq. İnsanların bütün hüquqları eynidir və onlara eyni dərəcədə hörmət olunmalıdır. Buna misal kimi xalqların öz müqəddəratını həll etmə hüquqlarını göstərə bilərəm.BMT nizamnaməsinə əsasən, beynəlxalq konvensiyanın mülki və siyasi hüquqlarla bağlı birinci maddəsi bütün xalqların öz müqəddəratını həll etmə hüququnu tanıyır. Bu, böyük əhəmiyyət kəsb edir. Çünki bu hüquqların tanınması insan haqlarının qorunmasına zəmanət verir. Bu bölünməz hüquq birmənalı şəkildə Dağlıq Qarabağ xalqına da aiddir”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600