Ermənistanın baş naziri Nikol Paşinyanın dünən parlamentdə çıxışında Azərbaycanla münasibətlərin normallaşdırılması, Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanımasını elan erməsi erməni cəmiyyətində rezonansa, bir çox hallarda təpkilərə səbəb olub.
Yenicag.az xəbər verir ki, erməni siyasi şərhçi Qalust Qriqoryan qələmə aldığı “Biz bu rüsvayçılığa layiqik?!” adlı yazısında Paşinyanın Azərbaycana yönəlik son mesajlarını sərt bir dillə tənqid edib. Müəllif məqaləsində Azərbaycanın sabiq daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurasının katibi olan Ramil Usubovun fotosunu paylaşaraq onun fikirlərinə istinad edib: “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov artıq bu gün bəyan edib ki, “Orta Dəhliz” deyilən yol ən təhlükəsiz Çin-Avropa tranzit marşrutuna çevrilə bilər. Yalnız layihənin icrasından sonra region ölkələrinin əldə edəcəyi gəlir Zəngəzur dəhlizinin qlobal miqyasda nə qədər əhəmiyyətli olduğunu göstərir”.
Yazıda müəllif qarşıdakı fəlakətlərdən çıxış yolu kimi Paşinyanın devrilməsini təklif edib: “Gördüyümüz kimi, Paşinyan barışmağı təklif edir. Bu həmin oğlandır ki, “Artsax Ermənistandır, nöqtə” deyirdi. Bu, bütün siyasi rəqiblərini asfalta yuvarlamağa söz verən bir oğlandır. Və bu oğlan indi hamımıza təslim olmağı təklif edir, əslində Xankəndinin təsliminə razılıq verir. Və bundan sonra xalq ayağa qalxmasa, bu satqın hakimiyyəti devirməsə, onda biz başqa heç nəyə layiq deyilik”.
//turkustan
www.yenicag.az