Ermənilərə qarşı erməni terroru
Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir.
Belə ki, “Böyük Ermənistan” dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları – 1887-ci ildə yaradılmış “Armenakan”, sonradan “Hnçak” və “Daşnaksütyun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar. Lakin ermənilərin yaşadıqları yerdə ətrafdakı insanlara qarşı törətdikləri qanlı hadisələrin tarixi daha qədim dövrə gedib çıxır. Qarabağ xanlığı yaranan zaman Pənahəli xanın və onun davamçısı İbrahimxəlil xanın da zamanında ermənilər yerli türklərə qarşı daima qanlı hücumlar etmişlər. Bu gün biz bu məsələnin digər bir tərəfinə, ermənilərin öz millətlərindən olan şəxslərə qarşı törətdikləri terrorizmdən danışacağıq.
Erməni tarixçisi A.Lalayan yazır: “Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan təmizlənib…” Bu etirafı edən Lalayan artıq bilirdi ki, ermənilər üçün məqsəd uğrunda qarşıda duran hər kəsi, hətta ailələrini belə öldürmək adi bir haldır. Bu gün ermənilərin özləri də etiraf edirlər ki, Daşnaksütyun və ASALA dünyada yaşayan hər bir erməni üzərində ümumi erməni “işi” üçün müəyyən maliyyə qoyublar. Hər bir erməni aylıq gəlirindən ASALA hesabına pul köçürməlidir. Maliyyə toplanmasına qarşı çıxan və pul ödəməyən ermənilər isə qeyd şərtsiz ölümə məhkum idilər.
1. 1903-cü il. Dekabr ayının 15-i. Moskvada tanınan erməni bankiri Camqarov kilsədən çıxıb evə gedəndə qətlə yetirilir. Kilsəyə onu dəvət edən keşişlər istədikləri pulu əldə etmək üçün bankirdən yox cavabı alanda artıq onun taleyi orda həll edilir. Matevos Minasyan kilsədən çıxaraq onu izləyir və bankiri evə çatmamış öldürür. İstintaq sənədlərində yazır: “Qatil Matevos Minasyan Erməni İnqilab Komitəsinin Şuşa ermənilər üçün silah alınması üçün tələb edilən 30 min rublu bankir Camqarovdan ala bilmədiyi üçün onu qətlə yetirir.”
2. 1907-ci il. 22 iyul. Xalça taciri Tavşancyan Nyu Yorkda mağazısını bağlayıb evə gedən zaman güllə ilə vurulur. Kürəyindən üç güllə yarası alan tacir yerindəcə keçinir. Qatil həbs edilir. Məlum olur ki, onu öldürən ASALA üzvü Bedros Hambarsumyandır. İstintaq materiallarına yazılır: “Qatil Bedros Hambarsumyan dəfələrlə ASALA adından tacir Tavşancyanın yanına gələrək Türkiyədə ermənilərin silahlandırılması üçün 10.000 min dollar pul istəyib. Tacirin bir neçə dəfə pul vermək niyyəti olmadığını bildikdən sonra soyuqqanlı halda küçədə ona arxadan üç güllə vurmuşdur.” Bu hadisədən sonra Amerikada erməni tacirləri arasında Qnçaq Arzunyan imzası ilə xəbərdarlıq məktubu yayılmış və pul ödəməyən ermənilərin dərhal qətlə yetiriləcəkləri bildirilmişdir.
3. 1908-ci il. “Hnçak” üzvü olmuş, lakin sonradan ermənilərin əsl simasın gördükdən sonra onlar haqqında yazan erməni yazar Aripar Arpiyaran öldürülür. İstintaq materialında qatilin tapılmadığı yazılır. Lakin onun evindən “ayda 500 dollar ödəməlisən ” yazılmış imzasız məktub tapılır.
Aşağıdakı cədvəldə ermənilərin illər üzrə onlara pul ödəməyənlərə münasibətləri