Netanyahu: "Hizbullah qəbul etmədiyi üçün Livanla atəşkəsin mənası yoxdur"

media-hightechnic-468x90

İsrailin Baş naziri Benyamin Netanyahu kabinet üzvlərinə bildirib ki, Hizbullah şərtləri qəbul etmədiyi üçün Livanla atəşkəs sazişini səsə qoymağın mənası yoxdur.

media-banner_tkm

Yenicag.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Hazırda heç bir razılaşma yoxdur. Hizbullah buna qarşıdır, bu o deməkdir ki, mən bunu kabinetdə səsverməyə təqdim etməyəcəyəm. Əgər onlar razılaşsalar, mən onu təsdiq üçün sizə təqdim edəcəyəm”, – deyə o bildirib.

Netanyahu qeyd edib ki, Nazirlər Kabinetinin təsdiqi olmadan İsrail atəşkəs müqaviləsinin şərtlərinə riayət etmək məcburiyyətində deyil.

Daha əvvəl İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə Hizbullahın bütün hücumları tamamilə dayandırması şərti ilə atəşkəsə riayət etmək barədə razılığa gəlmişdilər. Formal olaraq, Hizbullah danışıqlar prosesində iştirak etmədiyi üçün bu öhdəlik götürməmişdi. İyunun 4-də Hizbullah lideri Naim Kasem təşkilatının atəşkəs şərtləri ilə razılaşmadığını və onlara əməl etmək niyyətində olmadığını bildirib. O, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını tələb edib./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05