!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilərin atəş nöqtələri ard-arda susdurulur” - Xüsusi müxbirimizdən SON XƏBƏRLƏR

!Reklam – Yazi

“Səhər saatlarında Tərtərin rayon mərkəzi də daxil olmaqla, bir sıra kəndlərini atəşə tutan ermənilərin mövqeləri dağıdılıb”.

Bunu cəbhə zonasında saat 14:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Əməkdaşımızın məlumatına görə, hazırda Naftalan şəhəri, Goranboy və xüsusilə də, Tərtər rayonları istiqamətində düşmən mövqelərinə güclü zərbələr endirilir:

“Təxminən 1 saatdan artıqdır ki, səhər saatlarında Tərtərin rayon mərkəzi də daxil olmaqla, bir sıra kəndlərimizi atəşə tutan ermənilərin atəş mövqelərinə zərbələr endirilir, düşmənin artilleriya qurğuları dağıdılır. Böyük ehtimalla, axşam saatlarında rəsmi şəkildə təsdiqlənən çox yaxşı xəbərlər olacaq.

Ən əlamətdar hallardan biri budur ki, cəbhə zonasındakı mülki əhali və ətraf bölgələrin sakinləri Ordumuza hərtərəfli dəstək verir, əsgərlərimizə ərzaq, siqaret və başqa vasitələr göndərirlər”.

Gülşən Şərif

 

www.yenicag.az

3190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv