!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilərin Qafqazda mövcudluğu sual altına düşəcək” – Politoloq

!Reklam – Yazi

“İrəvan bu addımı ilə otuz illk siyasətinin tam iflasa uğradığını bariz formada nümayiş etdirdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu keçirdiyi “Qarabağ saatı”nda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın işğal altındakı Azərbaycan ərazilərinin boşaldılacağı haqqında bəyanatını şərh edərkən deyib:

“Etiraf edim ki, Nalbandyanın bu fikirləri şəxsən mənim üçün də çox gözlənilməz oldu. İlk dəfədir ki, Ermənistan rəsmisi işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılmasından belə açıq şəkildə danışıb.

Nalbandyanın həmin bəyanatı bir daha göstərir ki, Azərbaycan hakimiyyətinin Qarabağ siyasəti öz bəhrəsini verməkdədir. Eyni zamanda, ATƏT-in Minsk qrupu da İrəvana təzyiqləri artıraraq, Ermənistanı Azərbaycan torpaqlarından çıxmaqla bağlı bəyanat verməyə vadar edib.

Bu çərçivədə diqqəti cəlb edən başqa bir məqam Nalbandyanın sözügedən məsələ barədə erməni diasporasının nümayəndələri qarşısında çıxışı zamanı danışmasıdır.

Nalbandaynın timsalında İrəvan bununla otuz illik siyasətinin tam iflasa uğradığını bariz formada nümayiş etdirdi. Belə çıxdı ki, onilliklər boyu erməni diasporasından milyardlarla yardım alan Ermənistan hakimiyyəti o pulları sadəcə, havaya sovurub, yaxud da talayıb. Buna görə İrəvanın diaspora ilə də ciddi problemlərinin yaranacağı şübhəsizdir.

Məni başqa bir məqam da təəccübləndirdi. Nalbandyanın o bəyanatından sonra mənə belə gəlirdi ki, əhali İrəvanın küçələrinə axışaraq öz etirazını bildirəcək. Yəni Nalbandyanın o bəyanatı Ermənistanda inqilab yaratmali idi.

Ancaq biz hər hansı etirazın şahidi olmadıq. Bu da onu göstərir ki, Ermənistan cəmiyyətində təslimçilik ovqatı güclüdür və xalq işğal olunmuş torpaqların geri qaytarılması ilə barışıb.

Bilmirəm, bu bəyanatdan sonra Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxacaq, ya yox. Bu, baş versə, çox yaxşıdır. Əgər baş verməsə, o halda Azərbaycan əsgəri öz missiyasını uğurla həyata keçirəcək. İş müharibəyə qalsa, o zaman ermənilərin Qafqazda mövcudluğu da sual altına düşəcək. Ermənistan bunu nəzərə almalıdır”.

A.Zeynalov

COP29

www.yenicag.az

1108
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv