!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin törətdiyi vandalizm: "Ermənistan etdiyi bu hərəkətlərə görə üzr istəməlidir"

!Reklam – Yazi

“Prezident İlham Əliyevin Xocalıda səsləndirdiyi fikirləri yüksək qiymətləndirmək lazımdır və Ermənistan etdiyi hərəkətlərə görə üzr istəməlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

O, dövlət başçısının ötən gün Xocalıda Ermənistanın törətdiyi vəhşiliklər haqqında söylədiyi fikirlərə münasibət bildirib.

F. Sadıxova görə, ermənilərin etdiyi vandalizm müasir dövrdə törədilən bir vəhşilik və cinayətdir:

“Əlbəttə ki, bunu törədənlər üzr istəməlidirlər. Əgər onlar üzr istəmirlərsə, onların yerinə Paşinyan hakimiyyəti bunu etməlidir. Onu da yaddan çıxarmayaq ki, 100 ildən artıqdır ki, Ermənistan Türkiyədən üzrxahlıq tələb edir. Əgər İrəvan Ankaradan üzrxahlıq tələb edirsə, onda onlar niyə bizdən törətdikləri vəhşiliklərə görə üzr istəməsinlər?”

“Əmin deyiləm ki, Ermənistan rəhbərliyi bizdən üzr istəsəyəcək, lakin biz bunu tələb etməli, gündəmdə saxlamalı və beynəlxalq təşkilatlarda bunu gündəmə gətirməliyik. Yəni belə bir tələb onların boyunlarından asılmış vəziyyətdə qalsın ki, bunu daim yadlarında saxlasınlar və başa düşsünlər ki, əgər özlərini sivil bir millət hesab edirlərsə, onda etdiyi cinayətləri etiraf edib bizdən üzr istəsinlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv