!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan-ABŞ hərbi əməkdaşlığı: Rusiyanın reaksiyası necə olacaq?

!Reklam – Yazi

“Rusiya və region ölkələri Ermənistanın ABŞ-la bu şəkildə hərbi əməkdaşlığını bölgəyə təhdid kimi qəbul edirlər”.

Bu fikri Yenicag.az-a açıqlamasında ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq, təlimlərin keçirilməsi və bunun ehtimal olunan nəticələrini dəyərləndirən hərbi ekspert Ramil Məmmədli bildirib.

Ekspertin sözlərinə görə, Rusiya Ermənistanın ABŞ-la hərbi yöndə əməkdaşlığını həzm etməyəcək.

“Ermənistan faktiki olaraq 2023-cü ildən Kollektiv Təhlükəslzik Müqaviləsi Təşkilatının (KTMT) keçirdiyi heç bir təlimdə iştirak etməyib. Ancaq 2023-cü ilin avqust ayında ABŞ ilə birgə təlimlərə Ermənistan ev sahibliyi etdi. Həmçinin ABŞ-la bu sahədə maraqlı olduğunu göstərdi. 2024-cü ildə də may ayının 20-dən 24-ə qədər Ermənistanda ABŞ ordu birləşmələri ilə Ermənistan ordusu hərbi təlimlər keçirib. Doğrudur, təlimlərin adı (atom, kütləvi qırğın silahlarından qorunma) Ermənistan miqyasında olmasa da, ABŞ-ın Ermənistanda ordu birləşmələrinin olması, hərbi strukturunun formalaşması, davamlı olaraq təlimlərin keçirməsi rəsmi İrəvan Rusiya ilə birgə hərbi, strateji hədəflərdə addımlamayacaq və regiona yeni qüvvənin gətirilməsi prosesində iştirak edəcək”, – deyə o əlavə edib.

R.Məmmədli qeyd edib ki, Gürcüstandan sonra Ermənistanın da bu mövqedə olması regionda sülh və sabitliyə gətirib çıxara bilməz:

“Region ölkələri Ermənistanın bu şəkildə hərbi əməkdaşlığını bölgəyə təhdid kimi qəbul edirlər. Digər tərəfdən də rəsmi Moskvanın mövqeyində narahatlıq var. Rusiya Ermənistanın bu mövqeyini qəbul etməyəcək. Rusiya ya kənardan, ya da daxildə Ermənistana müdaxilə etməklə bu ölkəni öz orbitində saxlamağa çalışacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv