Ölkə Gələcəkdə Avropa Birliyinə Qoşula bilər.
Yenicag.az xəbər verir ki, bunu Ermənistandakı Avropa İttifaqı Mülki Monitorinq Missiyasının (EUMA) rəhbəri Markus Ritter deyib.
O, bildirib ki, Ermənistan Aİ ilə yaxşı münasibətlər qurub və gələcəkdə üzv olmaq imkanlarını müzakirə edir.
Ritter ümid edir ki, Cənubi Qafqaz turizm və ticarət üçün sülh və sabitlik məkanı olacaq, çünki bölgə zəngin tarix və mədəniyyətə malikdir.