Ermənistan Azərbaycanı Avropa Məhkəməsinə verir

media-hightechnic-468x90

ljiklkErmənistanın “hüquqi özbaşınalığa qarşı” ictimai təşkilatı Mamikon Xocayanla bağlı Azərbaycanı Avropa Məhkəməsinə verməyi planlaşdırır.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistanın birinci ombudsmanı, ictimai təşkilatın icraçı direktoru və əsir və girovlarla bağlı Dövlət Komissiyasının üzvü Larisa Alaverdyan çıxış edib.

media-banner_tuq

Onun sözlərinə görə, bir həftə ərzində İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət ediləcək. Alaverdyan qeyd edib ki, BMT-nin imkanlarından da istifadə ediləcək və bu məsələ dünya ictimaiyyətinin müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. O, martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Lakin Ermənistan tərəfi əsirin işgəncələrə məruz qaldığını iddia edib və Xocayanın xəstəxana palatasında çəkilən fotolarını mətbuata yayımlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05