!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Baş Qərargah rəisinin sabiq müavini dələduzluqda ittiham olunur

!Reklam – Yazi

Ermənistan Baş Qərargah rəisinin sabiq müavini ölkənin Müdafiə Nazirliyindən torpaq sahəsi alan zaman dələduzluq etməkdə ittiham olunur.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, şərti ad olaraq A.P adlandırılan general-mayor rütbəli hərbçi (böyük ehtimalla Arşaluys Paytyandan söhbət gedir) haqqında sözügedən torpaq sahəsini 2011-ci ildə güzəştli qiymətə alıb, bir ildən sonra isə həmin yeri bankda təxminən 100 min dollardan yuxarı məbləğ qarşılığında girov qoyub.

Bunun ardınca isə girovun məbləği artıb və bunun nəticəsində dövlətə təxminən 640 min dollar ziyan dəyib.

Sabiq rəis müavininin işi baxılması üçün Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib və barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə iş açılıb.

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv