!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Gülənin erməni olduğunu təsdiqlədi

!Reklam – Yazi

 

image00326Türkiyədə “Paralel Dövlət” Terror Şəbəkəsinin lideri Fətullah Gülənin milliyyəti məsələsi yenidən gündəmə gəlib.  Yenicag.az Cebhe.info-ya istinadən xəbər verir ki, bu dəfə məsələni erməni mətbuatı gündəmə gətirib və Fətullah Gülənin milliyyətcə erməni olmasını iddia edib. Güləni “planetin ən mühüm və hörmətli müsəlman xadimlərindən biri” hesab edən erməni mətbuatının yazdığına görə, onun erməni mənşəyi barədə məlumatlar hələ bir neçə il əvvəl Türk Tarix Qurumunun keçmiş direktoru Yusif Həllacoğlu tərəfindən irəli sürülüb. Daha sonra jurnalist Murad Alpərən mövzunu davam etdirib. Onların yazdığına görə, Gülənin babası zamanında Ərzurumda türklərlə döyüşən erməni olub. 

Gülənin mənəvi gəlini Elif Şəfəqin anasının da erməni olduğu bildirilir. Ancaq maraqlı məqamlardan biri Fətullah Gülənin miliyyəti ilə bağlı məsələnin  Ermənistan mətbuatında yenidən zöünə yer qazanması və ın ilginc Gülən sevgisinin təzahür etməsidir.

Qeyd edək ki, Gülənin erməni olmasına ilk dəfə Azərbaycanda 2007-ci ildə araşdırmaçı yazar Aqil Ələsgərin “Bilinən və gizlədilən Nurçuluq” adlı araşdırma seriyasında yer verilib.

A.Ələsgərin ötən il İstanbulda nəşr olunan “Terrorun Gülən üzü” kitabında həmin yazı ilə tanış olmaq mümkündür. Kitabın 96-cı səhifəsində yazılır:

“Fətullah Gülənlə bağlı araşdırma apararkən www.milliyetciler.de saytında maraqlı bir yazıya rast gəldik. Fətullah Gülənin erməni əsilli olduğu iddiası ilə bağlı saytda bu ifadələr yer almışdı:«Erməni olan babası Pasinlerli İbrahim Bəyin xidmətçisi idi. Həmin illərdə baş qaldıran erməni üsyanlarından təsirlənən ermənilər İbrahim bəyi və ailəsini öldürmək istədilər. Ancaq bunun qarşısını alan İbrahim bəy xidmətçilərinin hamısını öldürür. Yalnız 18-19 yaşlarından olan Ramis (bu onun bildiyimiz adıdır, erməni adı bilinmir) qaçaraq, canını qurtarır».

Ancaq canını qurtarmaqla məsələ bitmir. Ramis müsəlman qızla evlənərək, müsəlmanlara qarşı kinini bax belə ifadə edir:“Elə bir övlad böyüdürəm ki, bunları (yəni müsəlmanları) öz dinləri ilə vuracaq”. Elə Gülənin fəaliyyətini izləyəndə də atasının söylədiklərini hərfbəhərf həyata keçirdiyini görməmək mümkün deyil. Bu barədə bir az sonra…

Erməni məsələsinə bir qədər də ətraflı toxunaq. Fətullah Gülən atası ilə bağlı bildirir ki, «mənim atamın səhabələrə cinnət səviyyəsində sevgisi vardı». Ancaq nə qədər qəribədə olsa, Ramis heç bir oğluna səhabə adını qoymayıb: Fətullah, Sibğatullah və Məsih.

Üçüncü ad müsəlmanlar arasında rast gəlinməyən bir ad olsa da, Yahova şahidlərinin övladlarına daha çox qoyduğu isimlərdən biridir. Elə Fətullah Gülənin erməni və yunan din adamları ilə qardaşlıq siyasəti yürütməsi, ABŞ-a da Vatikanın vasitəçiliyi ilə getməsi məhz erməni və xristian olması ehtimalını gücləndirir.

Fətullah Gülənin ermənilərlə əlaqələri bu vaxta qədər onu erməni patriarxı ilə dostluğu ilə bilinirdi. Bu səbəbdən də Gülən heç vaxt erməni vəhşiliyinə qarşı bir cümlə belə işlətməyib. Bu günlərdə isə ermənilərlə Gülən arasında daha da yaxınlaşma var. Belə olmasaydı, erməni bəstəkar Qaro Mafyan Fətullah Gülənin şerlərinə mahnı bəstələyib, kasset buraxmazdı. «Dünya Produksion» adlı şirkət tərəfindən buraxılan kassetdə Gülənin 10 şeirinə mahnı bəstələnib. Bu da hələ harasıdır? Gülənə bağlı «Zaman» qəzetinin erməni yazarı Ethem Mahçupyan (Yazı 2007-ci ildə qələmə alındığından Mahçupyan o vəzifədə idi) öldürülən erməni jurnalist Hrant Dinkin «Agos» qəzetinin rəhbəridir. Bəli, türklə donuzun eyni olduğunu deyən Dinkin varisləri arasında Gülənin dostları yer alır”.

Qeyd edək ki, hazırda Türkiyədə dövlət çevrilişinə cəhd etməklə bərabər çox ağır ittihamlarla axtarılan Gülənin Ermənistanla müharibə şəraitində olan Azərbaycanda böyük biznes şəbəkəsi, dövlət qurumlarında adamları, millət vəkilləri və təhsil müəssisələri var. Azərbaycanın ABŞ-dakı lobbi çalışmalarını da öz üzərinə götürən fətullahçılar bu vasitə ilə də ölkəmizi təhdid etməkdədirlər. Gülənin müridləri bir müddət səssiz qalsalar da, Prezident Adminstrasiyasından çıxarılan imamlardan Elnur Aslanovun yenidən aktivləşməsindən sonra digərləri də hərəkətə keçiblər.

Yenicag.az

COP29

www.yenicag.az

1275
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv