Ermənistan hakimiyyətində bayram ab-havası – Paşinyan seçkilərdə ƏLİNİ GÜCLƏNDİRİR
Ermənistan mediası hakimiyyətin son günlərdəki ab-havasını “bayram əhval-ruhiyyəsi” adlandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Baş nazir Nikol Paşinyan komandasını inandırıb ki, Vaşinqtonda imzalanan bəyannamə onların hakimiyyətinin qələbəsi kimi təqdim edilə bilər və bu sənəd gələcək seçkilərdə onlara siyasi dividentlər qazandıracaq.
Paşinyan komandasına bildirib ki, artıq cəmiyyət qarşısında “müsbət göstərici” rolunu oynayan sənədə sahibdirlər və 2026-cı ildə keçiriləcək parlament seçkilərində yenidən seçilmək məsələsi onlar üçün problem yaratmayacaq. Baş nazir həmçinin gələcəyin daha parlaq olacağına dair təbliğatı davam etdirməyi tapşırıb.
Qəzet yazır ki, hazırda “Vətəndaş müqaviləsi” partiyasının rəhbər orqanlarına seçki prosesi gedir və iqtidar nümayəndələri hər yerdə ölkənin “gələcəkdə cənnətə çevriləcəyi” barədə vədlər verirlər.
Rafi Müslümov