Ermənistan Konstitusiyasında “Miatsum” İDDİALARI: “Paşinyan çox yaxşı bilir ki...”

media-hightechnic-468x90

 

“Fikrimcə, Paşinyanın konstitusional dəyişikliklərlə bağlı dedikləri sadəcə qaçılmaz olanın uzadılmasından başqa bir şey deyil”.

Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.

media-img_5462

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın “İctimai TV” müsahibəsində Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə və rəsmi İrəvanın sülh müqaviləsi barəsindəki yanaşmasına şərh edib.

N. Uotsonun sözlərinə görə, Baş nazir Paşinyan çox yaxşı bilir ki, davamlı sülh müqaviləsinin qarşısındakı əsas maneə Ermənistan konstitusiyasının müqəddiməsində yer alan “Miatsum” iddialarıdır:

“Amma Paşinyan daxildə Qarabağ müharibəsi veteranları və Ermənistanda, həmçinin erməni diasporunda sülhə qarşı çıxan qruplarla mübarizə aparır. O, güclü və vətənpərvər biri kimi görünmək istəyir. Lakin sonda geri çəkilməyə məcbur qalacaq. Ermənistan təkdir, zəifdir və Cənubi Qafqazın homogen bir hissəsinə çevrilmək məcburiyyətindədir”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600